Unikal KlinikaXəstəxana idarəetmə sistemi və tibbi cihaz inteqrasiyası
Klinika üçün xəstəxana idarəetmə sistemi — tibbi cihaz inteqrasiyası, real vaxt monitorinqi və dəqiq tibbi qeydlər bir platformada.

Unikal Klinika binası, Sumqayıt
01Problem
Tibbi cihazların göstəricilərini əl ilə köçürmək vaxt aparır və tibbi qeydlərdə səhv riski yaradır. Həkimlərə pasiyentlərin vəziyyətini bir yerdən, gecikmədən izləmək imkanı lazım idi.
02Həll
Sistemi aparıcı developer kimi qurduq: tibbi cihazlarla inteqrasiya məlumatları avtomatik toplayır, qeydiyyatdan keçirir və emal edir, pasiyent monitorinqi real vaxtda yenilənir, tibbi qeydlər və hesabatlar birbaşa sistemdən çıxır.
Layihədə nələr var
- Pasiyent qeydiyyatı və tibbi qeydlər
- Tibbi cihazlarla inteqrasiya
- Məlumatların avtomatik toplanması və emalı
- Real vaxtda pasiyent monitorinqi
- Hesabatlar
İstifadə olunan texnologiyalar
- React
- Node.js
- MongoDB
Unikal Klinika Sumqayıtda çoxprofilli tibb mərkəzidir. Klinika üçün xəstəxana idarəetmə sistemini bir il ərzində aparıcı developer kimi qurduq və saxladıq.
Əsas məqsəd tibbi cihazlardan gələn məlumatların əl ilə köçürülməsinə son qoymaq idi. Sistem qoşulmuş cihazların göstəricilərini avtomatik toplayır, qeydiyyatdan keçirir və emal edir. Həkimlər pasiyentin vəziyyətini real vaxtda bir ekrandan izləyir, tibbi qeydlər və hesabatlar isə birbaşa sistemdən çıxır.
Nəticədə qeydlərdə səhv riski azaldı, gündəlik iş axını sürətləndi və klinikanın hesabatlılığı bir platformada toplandı.
Növbəti proyektlər
Bütün proyektlər
Film festivallarını tam onlayn edən platforma: filmlərin rəqəmsal qəbulu, idarə olunması və qiymətləndirilməsi.

Şirkətlər üçün AI dəstəkli anonim şikayət və rəy platforması — CodeON üçün dizayndan backend-ə qədər.

Bakıda ikinci əl geyim marketplace-i: geyimini sat, yenisini tap — avansla təhlükəsiz alış.

Kafe və restoran tapmağı asanlaşdıran vizual platforma: menyu və qiymətlər yemək şəkilləri ilə, əhvala və büdcəyə görə ağıllı filtrlər.

Qəhvəni yolda sifariş et, gələndə hazır olsun: kofe şopu və içkini seç, götürmə vaxtını təyin et. İki React Native tətbiqi.
Növbəti proyektlər

