CheyniMüstəqil kino üçün göndəriş, kurasiya və on-demand platforması
Film festivalları üçün onlayn platforma — filmlərin göndərilməsindən münsiflərin qiymətləndirməsinə qədər bütün axın bir yerdə.
01 / 09
01Problem
Festivallarda filmlərin qəbulu, seçimi və qiymətləndirilməsi çox vaxt e-poçt, fayl paylaşımı və cədvəllər arasında dağınıq aparılır.
02Həll
Filmlərin rəqəmsal göndərilməsi, festival tərəfindən idarə edilməsi və qiymətləndirilməsi axınlarını bir platformada qurduq. MERN stack ilə frontend, backend və sistem arxitekturası üzərində işlədik.
Layihədə nələr var
- Filmlərin rəqəmsal qəbulu
- Festival idarəetməsi
- Münsiflər üçün qiymətləndirmə
- Film və kolleksiya kataloqu
- İstifadəçi girişi
İstifadə olunan texnologiyalar
- React
- Node.js
- MongoDB
CHEYNI müstəqil filmləri kuratorlar və festivallar vasitəsilə tamaşaçıya çatdıran platformadır. Rejissorlar filmlərini açıq müraciətlərə göndərir, kuratorlar seçim edib tematik kolleksiyalar qurur, seçilmiş filmlər isə CHEYNI On Demand-da yayımlanır.
Layihədə MERN stack ilə həm frontend, həm backend üzərində işlədik və sistem arxitekturasında iştirak etdik: filmlərin rəqəmsal qəbulu, festival və kurator idarəetməsi, qiymətləndirmə axını, film və kolleksiya kataloqu, istifadəçi girişi.
Bu gün platformada minlərlə film, onlarla kurator və açıq müraciət var.
Növbəti proyektlər
Bütün proyektlər
Şirkətlər üçün AI dəstəkli anonim şikayət və rəy platforması — CodeON üçün dizayndan backend-ə qədər.

Bakıda ikinci əl geyim marketplace-i: geyimini sat, yenisini tap — avansla təhlükəsiz alış.

Kafe və restoran tapmağı asanlaşdıran vizual platforma: menyu və qiymətlər yemək şəkilləri ilə, əhvala və büdcəyə görə ağıllı filtrlər.

Qəhvəni yolda sifariş et, gələndə hazır olsun: kofe şopu və içkini seç, götürmə vaxtını təyin et. İki React Native tətbiqi.

Mağaza idarəetmə və POS sistemi: veb panel, telefon və planşet üçün mobil tətbiq.
Növbəti proyektlər










