Veb saytlar
Sürətli, mobilə uyğun və axtarış sistemlərində tapılan sayt — şablon deyil, sizin biznesinizə görə qurulur.
- Adətən çəkir
- 2—4 həftə
Nə daxildir
Fərdi dizayn
Brendinizə uyğun, mobil və masaüstü üçün ayrıca düşünülmüş ekranlar.
İdarə paneli
Mətn, şəkil və xidmətləri developer olmadan özünüz yeniləyirsiniz.
SEO və sürət
Meta məlumatlar, sxem markapı, sitemap və sürət optimallaşdırması.
Çoxdillilik
Azərbaycan, ingilis və rus dillərində məzmun.
Ətraflı
Saytınız çox vaxt müştərinin sizinlə ilk tanışlığıdır. Biz korporativ saytları, landing səhifələrini və çoxdilli platformaları Next.js və React ilə qururuq: səhifələr tez açılır, telefonda düzgün görünür və axtarış sistemləri üçün düzgün markap ilə çıxır. Mətnləri özünüz dəyişə biləsiniz deyə idarə paneli də veririk.
İşlədiyimiz texnologiyalar
Tez-tez verilən suallar
- Saytı sonra özüm dəyişə bilərəmmi?
- Bəli. Hər sayt idarə paneli ilə təhvil verilir; mətn, şəkil və səhifələri özünüz yeniləyə bilərsiniz.
- Domen və hostinqlə kömək edirsinizmi?
- Bəli, domen, hostinq, SSL və e-poçt qurulmasını da öhdəmizə götürürük.
Layihəni danışaq
Qısa brif göndərin — iki iş günü ərzində həcm, müddət və qiymət ilə cavab verək.
Brif göndər