← Bütün vakansiyalar
Development / Engineering
Full Stack Developer
- Məşğulluq
- Tam zamanlı
- Yer
- Bakı
- Maaş
- 600 - 1300 AZN
- Son müraciət
- 2026-09-30
Rol haqqında
Komandamıza Node.js yönümlü Full Stack Developer axtarırıq. Bu rolda həm backend sistemlərinin hazırlanmasında, həm də frontend tətbiqlərinin inkişafında iştirak edəcəksiniz. Əsas fokusumuz müasir, miqyaslana bilən və təhlükəsiz web tətbiqlərinin hazırlanmasıdır. Namizədin Node.js ekosistemi ilə praktiki təcrübəyə, REST API-lərin hazırlanması və inteqrasiyası üzrə biliklərə, həmçinin React və müasir frontend texnologiyaları ilə işləmə bacarığına sahib olması gözlənilir. Komanda daxilində işləmək, mövcud sistemləri inkişaf etdirmək və yeni məhsulların hazırlanmasında iştirak etmək əsas vəzifələrdən olacaq.
Nə edəcəksiniz
- 01Node.js və müasir backend texnologiyalarından istifadə etməklə web tətbiqləri və REST API-lər hazırlamaq.
- 02React istifadə edərək müasir və responsive frontend interfeysləri hazırlamaq.
- 03Mövcud backend və frontend sistemlərini təkmilləşdirmək və optimallaşdırmaq.
- 04MongoDB və ya digər verilənlər bazaları ilə işləmək.
- 05Üçüncü tərəf API və servis inteqrasiyalarını həyata keçirmək.
- 06Authentication, authorization və digər backend təhlükəsizlik mexanizmlərini tətbiq etmək.
- 07Yazılan kodun keyfiyyətini, performansını və maintainability-sini təmin etmək.
- 08Git vasitəsilə komanda daxilində kod versiyalarını idarə etmək.
- 09Texniki problemləri araşdırmaq, həll etmək və mövcud sistemlərdə bug-ları aradan qaldırmaq.
- 10Yeni məhsul və funksionallıqların planlaşdırılması və hazırlanmasında iştirak etmək.
Tələblər
- 01Node.js ilə backend development üzrə praktiki təcrübə.
- 02JavaScript və ya TypeScript üzrə yaxşı biliklər.
- 03React ilə frontend development təcrübəsi.
- 04REST API və HTTP protokolları haqqında yaxşı anlayış.
- 05MongoDB və ya digər relational/non-relational database ilə işləmə təcrübəsi.
- 06Git və Git-based development workflow haqqında bilik.
- 07HTML, CSS və responsive design üzrə yaxşı biliklər.
- 08Asinxron proqramlaşdırma və API inteqrasiyaları haqqında anlayış.
- 09Clean Code və software development prinsipləri haqqında anlayış.
- 10Komanda daxilində işləmək və texniki məsələləri müstəqil şəkildə araşdırmaq bacarığı.
Üstünlük sayılır
- 01NestJS ilə iş təcrübəsi.
- 02Next.js ilə iş təcrübəsi
- 03TypeScript üzrə dərin bilik.
- 04Docker və container əsaslı development haqqında anlayış.
- 05Redis və caching mexanizmləri ilə iş təcrübəsi.
- 06PostgreSQL və ya digər SQL verilənlər bazaları ilə iş təcrübəsi.
- 07WebSocket və real-time application development təcrübəsi.
- 08CI/CD və deployment prosesləri haqqında anlayış.
- 09Cloud platformaları və Linux serverləri ilə iş təcrübəsi.
- 10Unit və integration testing üzrə təcrübə.
Nə təklif edirik
- 01Real layihələr və məhsullar üzərində işləmək imkanı.
- 02Peşəkar və inkişaf yönümlü komanda mühiti.
- 03Texniki biliklərin və karyera inkişafının dəstəklənməsi.
- 04Müasir texnologiyalar və development yanaşmaları ilə işləmək imkanı.
- 05Təcrübə və bilik səviyyəsinə uyğun əməkhaqqı.
- 06Tam zamanlı və Bakı ofisində iş imkanı.
- 07Yeni texnologiyaları öyrənmək və tətbiq etmək üçün imkanlar.
Müraciət forması